
"Arsenal"ın futbolçusu Kristian Nyorqon "Everton"la anlaşıb.
Fanat.Az xəbər verir ki, informasiyanı Mersisayd təmsilçisinin mətbuat xidməti yayıb.
"Everton" 32 yaşlı dayaq yarımmüdafiəçisi ilə 2028-ci ilin 30 iyun tarixinə qədər müddətə müqavilə imzalayıb. Futbolçuya görə klub 8 milyon avro ödəyib.

Qeyd edək ki, Kristian Nyorqor 2025-ci ilin yayından "Arsenal" forması geyinir. O, bu müddət ərzində meydana çıxdığı 20 rəsmi matçda 3 məhsuldar ötürmə verib.