
UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində keçiriləcək “Sabah” – "Orhus" oyununa indiyədək artıq 3600-ə yaxın bilet satılıb.
Bu barədə Fanat.Az-a Azərbaycan çempionunun mətbuat xidmətindən məlumat verilib.
Komandaya stadiondan dəstək olmaq istəyənlər biletləri “iticket.az” saytından, həmçinin “Bank Respublika Arena”nın kassalarından əldə edə bilərlər.
Xatırladaq ki, qarşılaşma avqustun 11-də “Bank Respublika Arena”da keçiriləcək. Qarşılaşmanın start fiti saat 20:00-da səsləndiriləcək. Bakıdakı matçı Fransadan olan hakim Villi Delajod idarə edəcək.
Mirağa