
Rodrinin razılığını alan "Barselona" "Mançester Siti"nin ulduzunu heyətinə qatmaq üçün inamlı addım atıb.
Fanat.Az xəbər verir ki, informasiyanı "Sport" yayıb.
Məlumata görə, "Barselona" 45 milyon avro sabit məbləğ və əlavə olaraq 10 milyon avro bonuslardan ibarət ilkin maliyyə təklifi irəli sürüb, lakin İngiltərə klubu bu təklifi qəbul etməyib.
"Mançester Siti" son dünya çempionatının qalibinə 65 milyon avro qiymət qoyub və bu məbləğ daha əvvəl "Real Madrid"dən tələb edilib.
İspaniyalı futbolçunun klubdakı əhəmiyyətli mövqeyi və öz gələcəyi ilə bağlı qərar vermək hüququ nəzərə alınarsa, onun şəxsən bu danışıqlarda iştirak etməsi də mümkündür.
Kataloniya klubu hesab edir ki, oyunçunun müqaviləsinin müdddətinin bitməsinə cəmi bir il qaldığı və özü artıq keçidə razılıq verdiyi üçün onun uğrunda hər hansı "qiymət müharibəsi" olmayacaq.
İspaniya təmsilçisi sabit transfer məbləği müəyyənləşdirib və danışıqlar zamanı qarşı tərəfə 50 milyondan artıq pul ödəməyəcəyini vurğulayıb. Bu məbləğ əlavə bonuslarla birgə 60 milyon avro səviyyəsinə çata bilər. Tərəflərin həftəsonu transferi tamamlamaq üçün yekun razılığa gələcəyi gözlənilir.
Əlisahib İbrahimli