16:50 07.08.2026 2000

"Qarabağ"ın problemi hücum xəttidir" - Ağasəlim Mircavadov

"Qarabağ" UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Kiyev "Dinamo"su ilə qarşılaşıb. "Köhlənlər" səfər matçında minimal hesabla məğlub olub.

Azərbaycan millisinin və "Qarabağ"ın sabiq çalışdırıcısı Ağasəlim Mircavadovla əlaqə saxlayıb məğlubiyyətin səbəblərini və cavab matçı ilə bağlı düşüncələrini soruşduq.

Təcrübəli mütəxəssisin Fanat.Az-a açıqlaması belə oldu: 

"Qarabağ" daha üstün idi. Sadəcə olaraq, hücumda fərqlər var. Yəni əvvəlki Ağdam təmsilçisində bu belə deyildi. Qol epizodlarının çoxundan yararlanmağı bacarırdılar. Ancaq indi çox vəziyyət yaratsalar da, ondan istifadə edə bilmirlər. Bu halları əldən verməmək lazımdır. Meydanda həm oyun baxımından, həm də topa nəzarətdə bizimkilər daha yaxşı performans göstərdi. Cərimə meydançası daxilində yaxşı imkanlar əldə edə bildilər, lakin ön xətdə sanki qol hissiyatı yoxdur. Azərbaycan təmsilçisi nəticə etibarı ilə hücumda çox yaxşı oynamadı. "Dinamo Kiyev" futbolçuları isə üstünlüyə malik olmasalar da, daha istəkli oyun nümayiş etdirirdilər. Ukrayna təmsilçisinin futbolçuları bir-birinə çox yaxın oynayırdılar və "Qarabağ"ın əl-qol açmasına imkan vermirdilər. Mənə görə "Qarabağ"ın tək problemi hücum xəttidir. Aleksey Kaşuk bir-iki qol imkanı yaxaladı, lakin son vuruşlarda keyfiyyət az idi. Əslində Ukrayna komandası da çox güclü deyildi, lakin son beş ilə baxsaq, çox böyük fərqlər var. Rəqibdə hərtərəfli iş gedir. Gənc oyunçuların yetişdirilməsi də buna aiddir. "Qarabağ"da daha bir problem oyunçuların "açılıb" top istəmələri ilə bağlıdır. Bunu yaxşı bacarmadılar, lakin bunlar vaxt keçdikcə aradan qalxacaq. Adaptasiyadan asılıdır. Mən inanıram ki, "Qarabağ" "Dinamo"nu Bakıda məğlub edib mərhələ adlayacaq".

Qeyd edək ki, tərəflərin cavab qarşılaşması avqustun 13-də reallaşacaq. Oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Əlisahib İbrahimli

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

26 Sentyabr 2026
13:26

Keyn gələcəyi barədə danışdı

12:49

Mbappe Madridə qayıdır

12:18

Arda Gülər Fransaya məğlub olduqları oyundan nə danışdı?

11:44

Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri Bolqarıstan və Sloveniyaya qarşı

11:20

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

10:56

Zidan millidəki debüt təəssüratını bölüşdü

10:12

"Formula-1": Azərbaycan Qran-prisinə yekun vurulur

09:37

Messisiz Argentina millisi Skaloni ilə bağlı da qərarını rəsmən açıqladı

09:00

Millətlər Liqası: İngiltərə ilə İspaniya üz-üzə

00:57

Millətlər Liqası: Türkiyə millisi Fransa seçməsinə məğlub oldu

25 Sentyabr 2026
23:54

"Qarabağ"ın futbolçuları meydandan kənarda bu işlə məşğuldur

22:52

"Nəriman Axundzadədən tam razı qaldım" - Rəşad Eyyubov

22:22

Boksçumuz Avropa çempionu olub

21:39

Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan millisi Çexiyanı məğlub edib

21:09

"Real Sosyedad"ın gənc müdafiəçisi üçün Avropanın nəhəng klubları yarışda

20:44

"Mançester Yunayted" klubunun ümumi borcu milyardı keçdi

20:07

Rafael Utziq yenidən "Qəbələ"də - RƏSMİ

19:40

AÇ-2027: Azərbaycan millisi Çexiya ilə heç-heçəyə razılaşdı

19:04

"Sabah"ın Çempionlar Liqası oyunları üçün VIP paket biletlər satışda

18:33

ÇL: "Zirə" 1/4 finalda

18:03

Azərbaycanlı boksçu Avropa çempionu oldu

17:41

"Mahir Emreli də öz keyfiyyətini nümayiş etdirdi" - Vaqif Sadıqov

17:23

"Mançester Yunayted"in borcu daha da artdı

17:04

Füzuli Məmmədov 8:0-ı belə şərh etdi

16:45

"Arsenal"ın vunderkindi Kamilo Duranın komanda yoldaşı ola bilər

16:26

Bellingem ardıcıl 2-ci dəfə ölkəsinin ən yaxşı futbolçusu seçildi

16:09

ÇL: "Birbaşa Bakı" 1/8 finalda uduzaraq mübarizəni dayandırdı

16:07

"Zirə"dən ayrılan futbolçu "Şəfa"ya keçdi - RƏSMİ

15:48

"Xankəndi" baş məşqçisi ilə bağlı yekun qərarını açıqladı

15:29

"Litva Azərbaycan millisi ilə eyni səviyyədə rəqibdir" - Nadirov Tacikistanla oyundan razı qalıbmı?

15:10

Milli yeni sınaq qarşısında - Ayxan Abbasovun hansı öhdəlikləri var?

14:52

Azərbaycanın U-19 millisi Gəncədə 3 yoxlama oyununa çıxacaq

14:34

Litva - Azərbaycan matçının hakimləri açıqlandı

14:15

"Yığmaya çağırılan futbolçular öz klublarında az oynayanlardır" - Ağasəlim Mircavadov

13:56

Nigeriyalı müdafiəçi bir həftədən artıqdır ki, Azərbaycandadır

13:38

"Bu hadisə Ronaldunun nə qədər böyük ulduz olduğunu göstərir" - Kreyq Bellami

13:19

Burak Yılmaz yenidən Türkiyə Super Liqasında

13:01

"Şahdağ Qusar" "Mingəçevir"i sınaq matçında "kötəklədi"

12:43

Elçin Usubun əvəzedicilər məntiqi

12:24

Braziliya millisində 10 nömrəli formanın sahibi bəllidir

Facebookdan bizi izləməyi unutmayın.
X