
“Mançester Yunayted” Kristian Oroskonu heyətinə qatıb.
Fanat.Az xəbər verir ki, informasiyanı “qırmızı şeytanlar”ın mətbuat xidməti yayıb.
MY gənc oyunçunu Kolumbiyanın elita təmsilçisi “Fortalesa”dan transfer edib.
18 yaşlı yarımmüdafiəçi ötən mövsüm 5 matçda meydanda olub. Orosko ölkəsinin U-17 millisinə müntəzəm dəvət alır.
O, ilk olaraq “Mançester Yunayted”in akademiyasında məşqlərə qoşulacaq.
Əlisahib İbrahimli