
"Fənərbağça" belçikalı hücumçu Romelu Lukaku ilə şifahi razılığa gəlib.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Fabritsio Romano yayıb.
Məlumata görə, bu gün İstanbul təmsilçisi və "Napoli" transfer məbləği barədə danışıqlara başlayacaq.
Lukaku "sarı-göylər"ə qoşulmağa müsbət yanaşır. O, İstanbul nəhənginə "hə" deyib.
Yağız Sabuncuoğlunun xəbərinə görə isə "Fənərbağça" 10 milyon avro təklif edib, lakin İtaliya klubu 15 milyon avro istəyib.
Təcrübəli firvardın birbaşa Türkiyə klubunun prezidenti ilə danışdığı da qeyd olunub.
Qeyd edək ki, Lukaku ötən mövsüm bütün turnirlərdə 7 matça çıxıb və 1 qolla yadda qalıb. Dünya çempionatında 6 görüş keçirən ulduz 3 dəfə topu tora qovuşdurub, 1 məhsuldar ötürmə ilə seçilib.
Əlisahib İbrahimli