
"Atletiko Madrid"in və Argentina millisinin yarımmüdafiəçisi Tyaqo Almada klubunu dəyişərək vətəninə qayıdıb.
Fanat.Az xəbər verir ki, o, "River Pleyt"ə transfer olunub.
Argentina klubunun mətbuat xidmətinin məlumatına görə, milli komanda ilə DÇ-2022-nin qalibi olan 25 yaşlı futbolçu üç il yarımlıq müqaviləyə imza atıb.
"River Pleyt"in yarımmüdafiəçi üçün təxminən 20 milyon avro ödədiyi bildirilir.
Xatırladaq ki, Tyaqo Almada ötən mövsüm İspaniya çempionatında "Atletiko Madrid"in heyətində 27 oyun keçirib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.
Mirağa