
PSJ “Parma”nın qapıçısı Jion Suzukini Fransaya gətirmək üçün imkanlarını səfərbər edib.
Fanat.Az xəbər verir ki, informasiyanı məşhur insayder Nikolo Skira yayıb.
Məlumata görə, Fransa nəhəngi 23 yaşlı yaponiyalı üçün 36 milyon avro ödəməyə hazırdır. Tərəflər qolkiper ilə 2031-ci ilə qədər müddətə müqavilə imzalamağı düşünür.
Suzuki 2024-cü ilin yayında Belçikanın "Sent-Truden" klubundan 7,5 milyon avroya "Parma"ya keçib.
Yaponiya millisinin üzvü ötən mövsüm 22 oyun keçirib və altı dəfə qapısını toxunulmaz saxlayıb, lakin 30 qol buraxıb.
Əlisahib İbrahimli