
PSJ-nin vingeri Bredli Barkola "Liverpul" ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Fabritsio Romano yayıb.
İngiltərə təmsilçisi Barkola üçün 100 milyon avrodan bir qədər çox təklif etsə də, Paris klubu bu təklifdən imtina edib.
Fransa nəhəngi oyunçunu 170 milyon avroya satmağı planlaşdırdığını bildirib.
Bredli 2023-cü ildən PSJ-nin formasını geyinir. Onun Paris təmsilçisi ilə müqaviləsinin müddəti 2028-ci ilə qədər qüvvədədir.
23 yaşlı futbolçu 2025/2026 mövsümündə 49 matça çıxaraq 13 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Əlisahib İbrahimli