17:43 10.08.2026 191

"Sabah" qalib gələcək və mərhələ adlayan tərəf olacaq" - Ağasəlim Mircavadov

"Sabah" UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab matçında "Orhus" ilə qarşılaşacaq. İlk matçda minimal hesabla məğlub olan (1:2) "bayquşlar" Danimarka təmsilçisini azarkeşləri önündə qonaq edəcək.

Azərbaycan millisinin və "Qarabağ"ın sabiq çalışdırıcısı Ağasəlim Mircavadovla əlaqə saxlayıb Masazırda oynanılacaq cavab oyunu ilə bağlı nə düşündüyünü soruşduq.

Təcrübəli mütəxəssisin Fanat.Az-a açıqlaması belə oldu: 

"İlk qarşılaşmada "Sabah" yüksək səviyyəli oyun keçirdi. Öz sistemlərini olduğu kimi davam etdirməlidirlər. Sakit oynamaq lazım deyil, çünki elədə matçı əldən verə bilərlər. Təzyiq göstərmək və sona kimi mübarizə aparmaq lazımdır. Qol vuran hücumçu yoxdur. Son toxunuşlarda çətinlik çəkirlər. Səfər matçında yaxşı oyun nümayiş etdirdilər. Komandanın oyun planı getdikcə daha da yaxşı olacaq. Lakin onu deyə bilərəm ki, yeni oyunçular lazımdır. Üç yerdə mübarizə aparacaqlar və bunun üçün transfer etmək önəmlidir. Bunun üçün də bir-birini uğurlu şəkildə əvəz edəcək futbolçulara ehtiyac var. Analizlər üzərində işləmək vacibdir. Səhvlərə yol verməməliyik. Xəta dedikdə isə sakit oynamamalı və yorğunluq zamanı vaxtında dəyişiklik etmək önəmlidir. Azarkeşlər də olacaq, bu da "Sabah"ı bir addım daha önə çıxarır. Ciddi problemləri yoxdur. Müdafiəçilər inamlı oynayırlar və kompensasiya etməyi bacarırlar. Orta xətt də öz işini görür. Həmçinin hücum xətti də gözəl oyun nümayiş etdirir. Yalnız sol cinahdan hücum planında istədiklərini edə bilmirlər və məncə, ora daha yaxşı oyunçu almaq olar. Daim cərimə meydançasında oynamaq lazımdır. Bu, həm qol vura bilmək, həm də epizodlar yaratmaq üçün önəmlidir. Düşünürəm ki, "Sabah" qalib gələcək və mərhələ adlayan tərəf olacaq".

Qeyd edək ki, cavab matçı sabah saat 20:00-da start götürəcək.

Əlisahib İbrahimli

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

10 Avqust 2026
18:32

"Səfərdə etdiyimiz səhvləri təkrarlamamağa çalışacağıq" - Valdas Dambrauskas

18:02

"Yəqin ki, müdafiə xəttinə əlavələrimiz olacaq" - Fərid Namazov

17:43

"Sabah" qalib gələcək və mərhələ adlayan tərəf olacaq" - Ağasəlim Mircavadov

17:26

PSJ "Liverpul"dan Barkola üçün bu qədər istəyir

17:08

"Şəfa"dan ayrılan hücumçu bu kluba keçə bilər - SON DURUM

16:57

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

16:45

"Dinamo Kiyev" Bakıya nə vaxt gəlir?

16:27

"Kəpəz" Kiyev "Dinamo"sunun sabiq hücumçusu ilə müqavilə bağladı

16:09

"Difai" ilə vidalaşdı, özünə yeni iş yeri tapdı

15:51

"Karvan-Yevlax" Rzayevi transfer etdi

15:33

1-ci Liqa komandasını "Kəpəz"ə dəyişdi

15:15

"Sabah"ın da istədiyi vinger Toral Bayramovla komanda yoldaşı oldu

14:57

"Araz-Naxçıvan" Ağadadaş Salyanski ilə anlaşdı

14:38

MPL: Açılış turunun oyun cədvəli bilindi

14:20

"Mingəçevir"in sınaq görüşlərindəki rəqibləri bilindi

14:02

"Misli" Premyer Liqaya sponsorluğunu davam etdirəcək

13:43

"Bakıdakı oyunda tempi bir qədər artırsaq, "Dinamo"nu mübarizədən kənarlaşdıra bilərik" - Vüqar Nadirov

13:25

Messinin atasının vida mərasimi keçirildi - FOTO

13:08

"Daha çox transfer edəcəyik" - "Sumqayıt"ın baş məşqçisi

12:50

"Komo" "Çelsi"nin oyunçusunun transferini rəsmən açıqladı

12:31

"Bu cür oynasa, "Sabah" rahat şəkildə bu mərhələni keçər" - Arif Əsədov

12:10

"Qalatasaray" Osimhenlə bağlı son qərarını verdi

11:49

AÇ: Azərbaycan millisi Slovakiya ilə üz-üzə

11:28

Vlahoviç "Beşiktaş"a "yaşıl işıq" yandırdı

11:07

"Sabah" - "Orhus" oyununa neçə bilet satılıb? - SON DURUM

10:46

"Qalatasaray" "Çelsi"nin hücumçusunu heyətinə qatmağa yaxındır

10:09

Kamilo Duran "Seltik"də yenə fərqləndi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

PSJ Fransa millisinin üzvünü transfer etdi

09:00

Maldini Qvardiolanın İtaliya millisini çalışdırmağa nə qədər yaxın olduğunu açıqladı

02:09

Komandası inamlı qələbə qazandı, Toral isə...

09 Avqust 2026
23:58

"Beşiktaş"ın 5 milyonluq forvardı "Neftçi"yə niyə gəlmədi?

23:02

"Sabahın Ulduzları": "Qarabağ" darmadağına sevindi

22:48

FİFA-dan yeni qərar

22:14

"Əl-Əhli" Mark Kasado üçün hərəkətə keçdi

21:31

"Arsenal" Barkola transferində geri addım atmır

21:03

Elvin Cəfərquliyevin səhhəti ilə bağlı son vəziyyəti açıqlanıb

20:42

"Mançester Siti"dən gözlənilməz həmlə

20:13

"Barselona"da de Yonq gərginliyi

19:32

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb

Facebookdan bizi izləməyi unutmayın.
X