
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) İtaliya A Seriyası təmsilçisi "Bolonya"nın 18 yaşlı yarımmüdafiəçisi Ömər Muradovu Azərbaycan U-20 millisində çıxış etməyə cəlb etmək istəyir.
Fanat.Az xəbər verir ki, federasiya rəsmiləri gənc futbolçunun qarşıdakı U-20 Dünya Çempionatında Azərbaycan yığmasının heyətində yer alması üçün onunla rəsmi danışıqlar aparır.
Məlumata görə, Muradovun Azərbaycan millisindən təklif almasına baxmayaraq, gənc oyunçu hələlik yekun qərarını verməyib. İtaliyadakı çıxışı ilə diqqət çəkən yarımmüdafiəçinin əsas istəyinin Qazaxıstan milli komandasında çıxış etmək olduğu bildirilir.
Muradovun məhz bu seçimə görə Qazaxıstan millisindən rəsmi dəvət gözlədiyi qeyd olunur.
Beləliklə, Azərbaycan tərəfinin istedadlı futbolçunu öz yığmamıza qazandırmaq cəhdlərinə baxmayaraq, oyunçunun qəlbinin doğma vətənindən yana olduğu görünür.
Kamil Xudiyev