
Çilili vinger Aleksis Sançes MLS təmsilçisi "Monreal" ilə müqavilə imzalayıb.
Fanat.Az xəbər verir ki, informasiyanı "The Athletic" yayıb.
Məlumata görə, tərəflər arasında 2 illik müqavilə bağlanıb.
37 yaşlı futbolçu yeni komandasına azad agent kimi keçib.
Qeyd edək ki, Sançes ötən mövsüm "Sevilya"nın heyətində 30 matça çıxaraq, 4 qol vurub və 2 məhsuldar ötürməyə imza atıb. O, karyerası ərzində "Barselona", "Arsenal", "Mançester Yunayted", "İnter", "Olimpik Marsel" komandalarının şərəfini qoruyub.
Əlisahib İbrahimli