
"Qarabağ" həftəiçi UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Kiyev "Dinamo"su ilə cavab görüşünə çıxacaq. "Köhlənlər" səfər matçında minimal hesabla (0:1) məğlub olublar.
Azərbaycan millisinin və "Qarabağ"ın keçmiş yarımmüdafiəçisi Elvin Məmmədovla əlaqə saxlayıb cavab matçı ilə bağlı düşüncələrini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Qarabağ" ilk oyunun, xüsusilə, ikinci yarısında yaxşı oynadı. Topa nəzarət edən tərəf idi və epizodlar yaradırdı. Sadəcə, qol vəziyyətlərindən yararlana bilmədilər. Sofiya ÇSKA-sı ilə oyunlarda da bu çatışmazlıq var idi. İnanıram ki, cavab oyunu fərqli keçəcək. Azarkeş dəstəyi də komandaya kömək edəcək. Ağdam təmsilçisinə uğurlar arzu edirəm. İnanıram ki, ikinci oyunda qalib gələn və sevinən tərəf "Qarabağ" olacaq".
Qeyd edək ki, tərəflərin cavab qarşılaşması avqustun 13-də reallaşacaq. Oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Mirağa