
Bu gün UEFA Super Kuboku uğrunda oyun keçiriləcək.
Fanat.Az xəbər verir ki, Avstriyanın Zalsburq şəhərində yerləşən "Red Bull Arena"da Fransa nəhəngi PSJ ilə İngiltərə təmsilçisi "Aston Villa" üz-üzə gələcək.
PSJ ötən mövsüm Çempionlar Liqasının finalında Premyer Liqanın qalibi “Arsenal”ı penaltilər seriyasında məğlub edib. Qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. "Aston Villa" isə ötən mövsüm UEFA Avropa Liqasının həlledici qarşılaşmasında "Frayburq"u darmadağın edərək (3:0) qalib olub.
Beləliklə, qitənin ən nüfuzlu klub turnirlərinin son qalibləri arasında matçda Avropanın güclüsü müəyyənləşəcək. Avstriyada keçiriləcək və Bakı vaxtı ilə saat 23.00-da başlanacaq görüşü Somalidən olan hakim Omar Artan idarə edəcək.
Qeyd edək ki, niderlandlı jurnalist Anton Vitkampın müəllifi olduğu UEFA Superkuboku uğrunda matç 1972/1973 mövsümündən keçirilməyə başlayıb.
UEFA Superkuboku
12 aprel
23:00. PSJ (Fransa) – Aston Villa (İngiltərə)
Hakimlər: Omar Artan (Somali), Liban Ahmed (Cibuti), Stiven Yembe (Keniya), Rade Obrenoviç (Sloveniya).
Zalsburq. "Red Bull Arena" stadionu.