
"Çelsi" yeni transfer rallaşdırıb.
Fanat.Az xəbər verir ki, London klubu rəsmi olaraq "Rayo Valyekano"dan 28 yaşlı ispan müdafiəçi Pep Çavarriyanın transferini elan edib.
Cinah oyunçusu ilə müqavilənin müddəti 2031-ci ilin yayına qədərdir. Transfer haqqının təxminən 25 milyon avro olduğu bildirilir.
Çavarriya, bu yaxınlarda "Real Madrid"ə keçən Mark Kukurelyanın yerini tutmalıdır.
Pep ötən mövsüm klubunda ümumilikdə 44 oyun keçirib, 1 qol vurub və 4 məhsuldar ötürmə edib.
Mirağa