14:02 12.08.2026 160

"İnanıram ki, yaxşı nəticə əldə edəcəyik" - Qurban Qurbanov

“Qarabağ” “Dinamo Kiyev”lə UEFA Konfrans Liqasının cavab qarşılaşmasından əvvəl oyunöncəsi mətbuat konfransı keçirib.

Fanat.Az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov media nümayəndələrinin suallarını cavablayıb.

"İlk növbədə “Sabah”ı təbrik edirəm. Yaxşı oyun oynadılar və qələbə qazandılar. Çox böyük nailiyyətdir. 
Özümüzə gəldikdə, səmərəli şəkildə vaxtdan istifadə edib çalışmalırmızı davam etdirdik. İnanıram ki, yaxşı nəticə əldə edəcəyik".

- İlk matçda oyuna yaxşı başladınız, ancaq sonradan fərdi səhvlər oldu. Bunun səbəbi rotasiyalar ola bilər?
- Bəli, ola bilər, ancaq çox rotasiya olmadı. Hər bir halda, səhvləri aradan qaldırmalıyıq. Əsas da texniki xətalara yol verməməliyik. Yeni oyunçular var, hələ hamı bir-birini yaxşı tanımır.

- Komanda üç oyundur qol vura bilmir. Bu, psixoloji basqı yaradırmı?
- Yaratmır desəm, düzgün olmaz. Yaradır və bunu görürəm. Futbolçular nə qədər keyfiyyətli oynasalar, o qədər yaxşı olar. Qol epizodları yaradırıq, faydalana bilmirik. Rəqiblər də yaxşı müdafiə olunur. Bir az daha çox çalışmalıyıq. 

- Kaşukun vuran ayağı yoxdur. Onunla bağlı başqa bir planınız var?
- Razı deyiləm, ən üstün cəhəti vuran ayağının olmasıdır. Məşqlərdə də ən yaxşı oyunçulardan biridir. Mövqe olaraq bəlkə uyğun deyil, ancaq ümumi götürsək, fiziki cəhətdən o mövqedə oynaya biləcək ən yaxşı oyunçudur. Sabahkı oyunda güclü pressinq etməliyik.

- Hər dəfə oyundan bir-iki gün əvvəl transfer xəbəri olur. İndi də Zubir haqda xəbərlər çıxıb. Bu barədə nə deyə bilərsiniz?
- O haqda çox şey deyə bilmərəm. 

- “Qarabağ” standart vəziyyətlərdən qol vura bilmir. Bu problemi aradan qaldırmaq üçün çalışırsınızmı?
- Bunun üzərində işləyirik. Analizlər edirik. Problem varsa, onu aradan qaldıracağıq.

- Cebrail Makreçkis qırmızı vərəqə alanda sakit yanaşdınız. Bu nədən irəli gəlirdi? Miçel və Medina qırmızı vərəqə görəndə çox əsəbləşmişdiniz. İllər sizi səbrli edib?
- Yox, illər məni səbrli etməyib, əksinə, daha çox səbrdən çıxarıb (gülür). Futbolçu üçün ən gözlənilməz hal qırmızı vərəqələrdir. Miçel mənim ən sevdiyim oyunçulardan biridir. Lakin bəzən belə hadisələr olur, önəmli oyunları itirirsən. Buna təəssüflənməmək olmur.

Qeyd edəki ki, görüş sabah Bakı vaxtı ilə 20:00-da start götürəcək.

Əlisahib İbrahimli

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

12 Avqust 2026
14:38

"Qarabağ"ın evdə qələbə qazanaraq mərhələni keçəcəyini düşünürəm"

14:20

"Xankəndi" klubunda Müşahidə Şurası yaradıldı

14:02

"İnanıram ki, yaxşı nəticə əldə edəcəyik" - Qurban Qurbanov

13:44

"Çelsi" Kukurelyanın yerinə oyunçu transfer etdi

13:25

"Orhus"u mübarizədən kənarlaşdıran "Sabah" milyonlar qazandı - MƏBLƏĞ

13:08

"Azərbaycan çempionatını əvvəldən izləyirdim" - Tornike Axvlediani

12:50

Kapitan klubunu dəyişdi

12:07

"Sabah" pley-off oyunu üçün stadion seçimini etdi

11:44

"Qalatasaray" Folarin Baloquna elçi düşdü

11:25

KL: Bu gün daha 3 pley-offçunun adına aydınlıq gələcək

11:06

"Barselona" Lautaro Martinesi transfer edir - Danışıqlar başladı

10:45

Roberto Martinesin Portuqaliyadan sonra yeni dayanacağı müəyyənləşdi

10:28

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:11

"Sabahın Ulduzları": "Qarabağ"ın legioneri poker müəllifi oldu

09:51

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:30

UEFA Superkuboku: Avropanın ən güclüsü müəyyənləşir

09:00

"Sabah"ın darmadağını Azərbaycana nə qazandırdı? - UEFA reytinqi

01:34

ÇL: "Sabah"ın rəqibi bilindi

01:18

KL: "Panatinaikos" mərhələ adladı

01:10

AL: "İberiya" növbəti mərhələdə

11 Avqust 2026
23:11

"Sumqayıt" Renan Santananı heyətinə qatıb

22:54

Valdas Dambrauskas tarixi qələbədən sonra nə danışdı?

22:25

"Sabah" növbəti mərhələyə yüksəlməyə layiq idi" - "Orhus"un baş məşqçisi

22:12

Bəhruz Kərimov İsveçrə nəhəngində - RƏSMİ

21:53

ÇL: "Sabah" "Orhus"u Bakıdan "başıaşağı" yola saldı

21:19

"Mançester Yunayted"dən 34 milyonluq ulduz həmləsi

20:25

"Neftçi" macarıstanlı yarımmüdafiəçi ilə gücləndi - RƏSMİ

20:14

Musialanın transfer xəbərini yayan jurnalist həbs edildi

19:38

"Neftçi" basketbol klubu Cəbrayıl Əkbərovu heyətinə qatdı

19:07

Litvalı forvard "Sabah"ın şərəfini qoruyacaq

18:48

"Antidopinq maarifləndirmə" seminarı keçirildi

18:13

Fikrət Ələkbərov "Gəncə"də

17:48

MS-in yetirməsi "bağbanlar"a qoşuldu - RƏSMİ

17:29

"Qalatasaray"ın 25 milyon avroluq təklifinə "yox" dedilər

17:11

Usman Diomande İngiltərə klubunda - RƏSMİ

16:53

"Kəpəz" daha bir transferini açıqladı

16:35

Rəşad Sadıqov: "Sıralarımıza daha beş-altı futbolçu cəlb etməliyik"

16:17

"Sabahın Ulduzları": U-15 yaş qrupunda 3-cü tura yekun vuruldu - Fotolar/nəticələr

15:58

"Sevinən tərəf "Qarabağ" olacaq" - Elvin Məmmədov

15:39

"Qəbələ" Tovuzda məşq etməyəcək, Məmmədov texniki zonada olmayacaq

Facebookdan bizi izləməyi unutmayın.
X