
"Qalatasaray" ilə yollarını ayıran Mauro İkardinin gələcək taleyi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, forvard karyerasını İtaliyada davam etdirməyə yaxındır.
İnformasiyanı "NTV Spor" yayıb.
Məlumata görə, yeni mövsüm ərəfəsində hücum xəttini gücləndirməyə çalışan İtaliya A Seriyası təmsilçisi "Latsio" argentinalı ulduzu hədəfə alıb. Roma klubunun idman direktoru Angelo Fabiani oyunçunun vəziyyəti ilə bağlı ilkin danışıqlara başlayıb.
Lakin "qartallar"a keçid heç də asan görünmür. Belə ki, forvardın yüksək maaş tələbi əsas maneədir. İkardinin karyerasını Çempionlar Liqasında mübarizə aparan komandada davam etdirmək niyyətindədir.
"Latsio"nun qarşıdakı mövsüm üçün avrokuboklardakı ambisiyalarını önə çəkərək argentinalı ulduzu öz sıralarına qoşulmağa razı salmağa çalışacağı gözlənilir.
Mauro ötən mövsüm 47 matça çıxaraq, 16 qol vurub və 3 məhsuldar ötürmə edib.
Əlisahib İbrahimli