
UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində iki oyunun nəticəsinə görə "Orhus"u üstələyən (1:2, 4:0) "Sabah" pley-offa yüksəlib. "Bayquşlar"ın növbəti rəqibi isə İsrail təmsilçisi "Hapoel Beer-Şava"dır. Bakı təmsilçisinin səfər planı bəlli olub.
Bu barədə Fanat.Az-a klubun sözçüsü Elnur Həmidov məlumat verib:
"Komanda hazırlığı dünəndən bərpa edib. "Kəpəz"lə oyuna hazırlıq gedir. "Hapoel"lə matça gəlincə, bazar ertəsi çarter reysi ilə Buxarestə yola düşəcəyik. Heyətdə hansısa zədəli və ya cəzalı oyunçu yoxdur. Yəni komanda həm çempionat, həm də ÇL oyununa optimal heyətlə hazırlaşır".
Qeyd edək ki, "Hapoel" və "Sabah" arasında ilk görüş avqustun 19-da Macarıstanda baş tutacaq. Buna qədər isə "bayquşlar" Premyer Liqanın ilk turunda "Kəpəz"lə üz-üzə gələcək. Avqustun 15-də keçiriləcək oyun 20:45-də start götürəcək.
Əlisahib İbrahimli