18:42 13.08.2026 111

"APL Fantasy" platformasında qeydiyyatdan keçənlərin sayı 10 000-i ötdü

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) azarkeşlər üçün təqdim etdiyi yeni rəqəmsal futbol məhsulu — "APL Fantasy" platformasına maraq sürətlə artır. Platformada qeydiyyatdan keçən istifadəçilərin sayı artıq 10 000 nəfəri ötüb.

Fanat.Az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, "APL Fantasy", eyni zamanda, həm "Google Play", həm də "App Store" platformalarında Azərbaycanda “İdman” kateqoriyası üzrə 1-ci pilləyə yüksəlib. 
Bu göstəricilər Azərbaycan futbolsevərlərinin yeni rəqəmsal məhsula olan yüksək marağını və platformanın qısa müddət ərzində qazandığı populyarlığı nümayiş etdirir.

"APL Fantasy" Azərbaycan Premyer Liqasının azarkeşlərinə öz futbol biliklərini sınamaq, virtual komanda qurmaq, digər iştirakçılarla rəqabət aparmaq və mövsüm ərzində müxtəlif mükafatlar qazanmaq imkanı yaradır. İştirakçılar Premyer Liqanın real futbolçularından ibarət komandalarını formalaşdıraraq hər turun nəticələrinə uyğun xallar toplayır və ümumi reytinqdə daha yüksək mövqelər uğrunda mübarizə aparırlar.

Platformanın ilk mühüm göstəricilərinin Azərbaycan Premyer Liqasının yeni — 2026/27 mövsümünün başlaması ərəfəsində əldə olunması xüsusi əhəmiyyət daşıyır. Yeni mövsüm 14 avqust tarixində “Turan Tovuz” – “Qəbələ” oyunu ilə start götürəcək. Beləliklə, futbolsevərlər yeni çempionatla yanaşı, "APL Fantasy"-də də öz komandalarını quraraq mövsümün ilk turundan etibarən mübarizəyə qoşula biləcəklər.

Mövsüm ərzində "APL Fantasy" iştirakçılarını müxtəlif mərhələlər üzrə mükafatlar gözləyir. Qaliblər hər turun nəticələrinə əsasən, aylıq reytinqlər üzrə və mövsümün yekununda müəyyən ediləcəklər. Azərbaycan Premyer Liqasının 33 turluq mövsümünün sonunda isə ən uğurlu iştirakçılar xüsusi və dəyərli baş mükafatlar uğrunda mübarizə aparacaqlar.

AFFA-nın yeni rəqəmsal məhsulunun əsas məqsədi Azərbaycan futboluna marağı daha da artırmaq, azarkeşlərin çempionatla qarşılıqlı əlaqəsini gücləndirmək və futbolsevərlərə müasir, interaktiv futbol təcrübəsi təqdim etməkdir.

AFFA bütün futbolsevərləri "APL Fantasy"-yə qoşulmağa, öz komandalarını qurmağa və 2026/27 mövsümünü daha maraqlı və interaktiv şəkildə izləməyə dəvət edir.
 
APL Fantasy-nin imic çarxı: //www.youtube.com/watch?v=55Ddc0af1Rw
 
APL Fantasy haqqında daha ətraflı məlumat əldə etmək və oyuna qoşulmaq üçün rəsmi platformadan istifadə edə bilərsiniz:
APL Fantasy: //aplfantasy.az/
Instagram: //www.instagram.com/aplfantasy
TikTok: //www.tiktok.com/@aplfantasy
YouTube: //www.youtube.com/@aplfantasy
Telegram: //t.me/aplfantasyleague
Facebook: //www.facebook.com/aplfantasy

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

13 Avqust 2026
19:39

Ərəblərin 130 milyonluq təklifini rədd etdilər

19:15

Avropa futbolunda yeni era başlayır

19:10

KL: "Qarabağ" "Dinamo"nu qəbul edir: Heyətlər açıqlandı - YENİLƏNİR

18:42

"APL Fantasy" platformasında qeydiyyatdan keçənlərin sayı 10 000-i ötdü

18:11

Ərəblər bu dəfə "Siti"nin qapısını döydü

17:46

İspaniya Superkuboku uğrunda oyunların Türkiyədə keçiriləcəyi dəqiqləşdi

17:28

"Baku Sportinq" futbolçuların borcunu ödədi, klubun əməkdaşları isə...

17:10

"Şəfa" fransalı yarımmüdafiəçini heyətinə qatdı - RƏSMİ

17:06

"Qarabağ" - "Dinamo" oyunundan əvvəl əyləncəli fan zona yaradılacaq

16:52

MS Doku ilə müqavilə yenilədi

16:33

La Liqada ilk reallaşdırılacaq

16:18

"Kəpəz" belçikalı yarımmüdafiəçini rənglərinə bağladı - RƏSMİ

16:05

Bartez Zidana köməkçi təyin edildi - RƏSMİ

15:46

"Sabah"ın "Hapeol"lə oyun üçün səfər planı bilindi

15:27

Abdulla Rzayev "Araz-Naxçıvan"a qayıtdı

15:09

Süleyman 2 klubdan biri ilə müqavilə bağlayacaq

14:51

"Turan Tovuz"dan ayrılan Şəhriyar Əliyev 1-ci Liqa klubunda

14:33

Aslan Kərimov: "Abdullah Zubir və Aleksey Kaşuk fəal olmalıdırlar"

14:15

MPL: Mövsümün açılış oyunu FİFA referisinə tapşırıldı

13:57

"Gəncəbasar" azərbaycanlı məşqçinin oğlunu da transfer etdi, bu 6 futbolçunu da

13:38

"Mövsümə uğurlu nəticə ilə başlamaq istəyirik" - "Turan Tovuz"un müdafiəçisi

13:19

KL: Mahir Emrelinin komandası İsveçdə sınaq qarşısında

13:01

Mikels Azərbaycandan ayrıldı - Yeni klubu…

12:43

Qurban Qurbanov Kiyev "Dinamo"suna qarşı bu futbolçuları oynada bilməyəcək

12:25

"Qarabağ"da şok ayrılıq: 2 milyonluq ulduz yarıqiymətinə satılır?

12:00

Depay "Trabzonspor"a keçmək istəyir, ancaq...

11:40

AL: "Beşiktaş"ın İstanbul sınağı, Murad Musayevin komandası pley-offa adlaya biləcəkmi?

11:21

İkardinin yeni komandası müəyyənləşdi

11:03

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:49

Yeni mövsüm başlayır: Premyer Liqada futbolçular, "Fanat.Az Liqası"nda azarkeşlər qazanacaq

10:30

"Sabahın ulduzları": U-14 yaş qrupunda 3-cü tura yekun vuruldu

10:09

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:48

"Sabah"ın performansı ümid verir ki, pley-offu da inamla keçəcək" - Arif Əsədov

09:25

Messi atasının ölümündən sonra ilk matçına çıxdı və...

09:00

KL: "Qarabağ" "Dinamo Kiyev" ilə qarşılaşır

00:57

PSJ UEFA Superkubokunun qalibi oldu

00:15

KL: Pley-offa adlayan daha 3 komanda bilindi

12 Avqust 2026
23:24

Xavi Niderland millisinin baş məşqçisi oldu

22:43

Azərbaycanın millisinin üzvü "İmişli"də

22:12

"Gəncə" Mustafa Yıldızla yollarını ayırdı

Facebookdan bizi izləməyi unutmayın.
X