
"Bayern Münhen" hücumçusu Armindo Zibin MLS təmsilçisi "Los-Anceles"ə transferini açıqlayıb.
Fanat.Az xəbər verir ki, 23 yaşlı futbolçunun keçidinin detalları haqda məlumat verilməyib.
Futbolçu son iki mövsümdür ki, icarə əsasında "Maynts"da çıxış edirdi. O, Münhen akademiyasına 2020-ci ilin yayında "Hoffenhaym"dan qoşulub və peşəkar karyerasında debütünü 2020-ci ilin oktyabrında Almaniya Kubokunda edib. "Qroyter Fürt" onu 2022-ci ildə transfer edib. İki il sonra "Bayern" onunla 2027-ci ilə qədər müddətə müqavilə imzalayıb.
"Bayern Münhen" Almaniya Bundesliqasının son qalibidir. "Los-Anceles" isə hazırda davam edən MLS-in Qərb Konfederasiyasında şərikli liderdir.
Mirağa