
Cənubi Amerika Kubokunun 1/8 final mərhələsinin ilk oyununda “Santos” Ekvadorun “Makara”nı üstələyib.
Fanat.Az xəbər verir ki, Braziliya klubu rəqibini 2:1 hesabı ilə məğlub edib.
“Santos”un heyətində Qabriel Barbosa və Vilyan Arau fərqlənib. Neymar isə hər iki qolun məhsuldar ötürməsinə imza atıb.
Qonaqların yeganə qolunu isə Franko Posse vurub.
Komandalar arasında cavab qarşılaşması avqustun 21-də reallaşacaq.
Əlisahib İbrahimli