
Dünən Türkiyə Super Liqasında 2026/27 mövsümü start götürüb.
Fanat.Az xəbər verir ki, ilk gündə bir görüş baş tutub.
Mövsümün açılış oyununda son çempion “Qalatasaray” “Çorum”u qəbul edib. Dörd qolluq matçda qalib müəyyənləşməyib.
Görüşdən sonra Okan Buruk transferlərlə bağlı son vəziyyəti şərh edərkən bunları deyib:
"Hücum xəttində çox az oyunçumuz var. Oyun qurucu, hücumçu və cinah oyunçusu transfer etmək istəyirik. Bu həftə bir və ya iki transferin həyata keçəcəyini gözləyirik. Danışıqlar mümkün qədər sürətlə davam edir. Onlar növbəti matça qədər hazır olsalar, heyətimiz daha da güclənəcək. Həm oyunçular, həm azarkeşlər, həm də biz özümüzü daha müsbət hiss edəcəyik. Bir və ya iki transferin gerçəkləşməsini istəyirik. Danışıqlar sürətlə irəliləyir onları növbəti oyuna çatdıra bilsək, daha geniş və zəngin heyətə sahib olacağıq."
Qeyd edək ki, "Qalatasaray" növbəti oyununu "Erzurumspor"a qarşı keçirəcək.
Əlisahib İbrahimli