
"Atletiko Madrid" müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.
Fanat.Az xəbər verir ki, La Liqa təmsilçisi "Tottenhem"dən Kristian Romeronu transfer edib.
İnformasiyanı klubun mətbuat xidməti yayıb.
Argengtinalı futbolçu üçün İngiltərə klubuna 40 milyon avro ödənilib. 28 yaşlı mərkəz müdafiəçisi ilə 2031-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, "Tottenhem" Kristian Romeronu 2021-ci ilin yayında "Atalanta"dan transfer edib. 28 yaşlı oyunçu London təmsilçisinin heyətində 32 matça çıxaraq, 6 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Əlisahib İbrahimli