
Braziliyanın "San-Paulu" klubu ingiltərəli hücumçu Ceymi Vardiyə azad agent kimi komandaya keçməyi təklif edib.
Fanat.Az xəbər verir ki, informasiyanı məşhur insayder Fabritsio Romano yayıb.
O, gələcək klubu ilə bağlı yekun qərarını hələ verməyib. 39 yaşlı futbolçu hazırda bir neçə variantı dəyərləndirir.
Qeyd edək ki, Vardi 2012–2025-ci illərdə "Lester"də çıxış edib. O, "tülkülər"in İngiltərə Premyer Liqasında çempion olmasının əsas memarlarındandır. Vardi 2025/2026 mövsümünü İtaliya A Seriyasında "Kremoneze" komandasında keçirib.
Əlisahib İbrahimli