
“Roma” “Portu”nun 19 yaşlı yarımmüdafiəçisi Rodriqo Mora ilə razılaşıb.
Fanat.Az xəbər verir ki, informasiyanı insayder Fabritsio Romano yayıb.
İtaliya təmsilçisi oyunçu üçün 25 milyon avro ödəyəcək.
Razılaşmaya “Portu”nun portuqaliyalı futbolçunun gələcək satışından 50 faiz pay alması şərti də daxil edilib. “Roma” isə gələcəkdə futbolçunun hüquqlarının qalan 50 faizini də almaq imkanına sahib olacaq.
Qeyd edək ki, Türkiyə təmsilçisi "Qalatasaray" da Mora ilə maraqlanan komandalar arasında idi.
Mora ötən mövsüm "Portu"nun heyətində 44 oyuna çıxaraq, 5 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Əlisahib İbrahimli