
"Qarabağ"ın Konfrans Liqasında çıxışına görə "Kəpəz"lə 2-ci turdakı oyunu təxirə salınıb. Ağdam təmsilçisi "Tvente" ilə cavab görüşünə daha yaxşı hazırlaşmaq üçün çempionat oyununun başqa vaxta ertələnməsini fürsət bilib. Bəs bu, "Kəpəz"in ziyanınadır, yoxsa xeyrinə? Hər halda, ilk turda "Sabah"a 0:2 hesabı ilə uduzan qərb təmsilçisi çatışmazlıqları aradan qaldırmaq üçün təxminən iki həftəlik müddətə fürsət kimi baxa bilər. Digər tərəfdən komandaya forma yığmaq üçün ardıcıl oynamaq lazımdır.
"Kəpəz"in baş məşqçisi Azər Məmmədov Fanat.Az-a açıqlamasında təxminən iki həftəlik boşluğu necə dolduracaqlarına aydınlıq gətirib:
"Qarabağ"a uğurlar arzulayıram. Oyunun təxirə salınması qarşılıqlı razılaşdırılıb. Boşluğu doldurmaq üçün həftəsonu yoxlama oyunu keçirməyi qərarlaşdırdıq. Avqustun 23-də 1-ci Liqa təmsilçisi "Gəncəbasar"la yoxlama oyunu keçirəcəyik. Görüş Gəncədə reallaşacaq".
Qeyd edək ki, 1-ci Liqada çıxış edən "Cəbrayıl"ın adı dəyişdirilib. Sözügedən komanda bundan sonra "Gəncəbasar" adı altında mübarizə aparacaq. Komandanın baş məşqçisi Elhad Nəziridir
Mirağa