
Transfer fəaliyyətlərini davam etdirən "Beşiktaş" "Yuventus"un futbolçusu Niko Qonsaleslə maraqlanmağa başlayıb.
Fanat.Az xəbər verir ki, informasiyanı jurnalist Saşa Tavolyeri yayıb.
Məlumata görə, "ağ-qaralar" argentinalı futbolçu üçün sonradan satınalma şərti ilə icarə təklifi irəli sürüblər.
Bununla belə, bildirilir ki, "Yuventus" Qonsalesi icarəyə verməkdənsə, onu birbaşa satmağa üstünlük verir. Tərəflərin transferin şərtləri ilə bağlı danışıqları davam etdirəcəyi gözlənilir.
Argentinalı futbolçunun İtaliya klubunda qalmağa müsbət yanaşdığı bildirilsə də, transfer prosesi irəliləyəcəyi təqdirdə onun qərarı həlledici amil olacaq.
Əlisahib İbrahimli