
Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsi start götürüb.
Fanat.Az xəbər verir ki, Liqa mərhələsinə vəsiqə uğrunda son raundun ilk günündə 3 görüş baş tutub.
Zaqreb "Dinamo"su Norveçin "Vikinq", "Levski" Afinanın AEK kollektivlərini qonaq edib. Türkiyə təmsilçisi "Fənərbağça" isə İstanbulda "Olimpik Lion"la üz-üzə gəlib. Tərəflər hərəyə 1 dəfə fərqləniblər. Luis Opendanın qoluna ikinci hissənin əvvələrində Meyson Qrinvud cavab verib.
Pley-offun daha 4 görüşü sabah keçiriləcək. Azərbaycan çempionu "Sabah" da ikinci oyun günündə imtahan verəcək. "Bayquşlar" bu raundda İsrailin "Hapoel Beer Şava" komandası ilə qarşılaşacaq. Təmsilçimiz ilk oyununu səfərdə keçirəcək ki, görüş sabah Bakı vaxtı ilə saat 23:00-da Rumıniyanın Buxarest şəhərində reallaşacaq.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, ilk oyunlar
18 avqust
Dinamo Z (Xorvatiya) – Vikinq (Norveç) 2:2
Levski (Bolqarıstan) - AEK (Yunanıstan) 0:0
Fənərbağça (Türkiyə) – Olimpik Lion (Fransa) 1:1