
"Qalatasaray" "Ayntraxt Frankfurt"da çıxış edən Türkiyə millisinin üzvü Can Uzunun transfer haqqı ilə bağlı danışıqları davam etdirir.
Fanat.Az xəbər verir ki, informasiyanı "Sabah" yayıb.
Məlumata görə, klubun təklifləri arasındakı fərq 10 milyon avroya qədər artıb. Belə ki, "sarı-qırmızılar"ın Can üçün etdiyi ilkin 25 milyon avroluq təklif rədd edilib, bundan sonra isə bonuslar daxil olmaqla, 35 milyon avroluq yeni təklif irəli sürülüb.
Baş məşqçi Okan Burukun 20 yaşlı futbolçunun müxtəlif mövqelərdə oynamaq bacarığına görə bu transferdə çox maraqlı olduğu qeyd edilir və milli futbolçunun yay transfer pəncərəsi bağlanana qədər İstanbul nəhənginin hədəfində qalacağı gözlənilir.
Can Uzun ötən mövsüm "Ayntraxt Frankfurt"un heyətində 28 oyuna çıxaraq, 10 qol vurub və 5 məhsuldar ötürməyə imza atıb.
Əlisahib İbrahimli