
"Fənərbağça"nın hücumçusu "Konventri"yə keçid edib.
Fanat.Az xəbər verir ki, Premyer Liqa təmsilçisi Türkiyə klubundan Sidiki Şerifi heyətinə qatıb.
İnformasiyanı klubun mətbuat xidməti yayıb.
19 yaşlı hücumçunun transfer məbləğinin 24,5 milyon avro olduğu bildirilir.
İngiltərə mediasında Şerifin “Koventri” ilə 5 illik müqavilə barədə razılığa gəldiyi qeyd olunur.
İstanbul nəhəngi Şerifi 2026-cı ilin fevralında Fransanın “Anje” klubundan icarə və məcburi satınalma şərti ilə heyətinə qatmışdı.
Əlisahib İbrahimli