
Yay transfer pəncərəsində "Qarabağ"la yollarını ayıraraq Şotlandiya giqantı "Seltik"ə keçən Kamilo Duran Avropa səhnəsində fırtına kimi əsməyə davam edir. Kolumbiyalı hücumçu yeni klubunun heyətində Çempionlar Liqasının pley-off mərhələsində şou göstərib.
Fanat.Az xəbər verir ki, "Seltik" öz meydanında Avstriyanın LASK klubunu qəbul etdiyi matçda 3:0 hesablı darmadağınla qalib gəlib. Şotlandiya təmsilçisinin bu qələbəsində əsas pay sahibi məhz "Qarabağ"ın sabiq ulduzu olub.
Görüşün 38 və 67-ci dəqiqələrində rəqib qapısına yol tapan Duran dubl edərək matçın qəhrəmanına çevrilib.
Komandanın digər qoluna isə 26-cı dəqiqədə B. Nüqren imza atıb. Duran bu performansı ilə həm yeni azarkeşlərinin rəğbətini qazanıb, həm də "Seltik"i Çempionlar Liqasının əsas mərhələsinə bir addım da yaxınlaşdırıb.