
Yay transfer pəncərəsində "Qarabağ"la yollarını ayıraraq Şotlandiya nəhəngi "Seltik"ə keçən Kamilo Duran Avropa səhnəsində yüksək performans göstərməyə davam edir.
Fanat.Az xəbər verir ki, "Seltik" öz meydanında Avstriyanın LASK klubunu qəbul etdiyi matçda 3:0 hesablı darmadağınla qalib gəlib.
Şotlandiya təmsilçisinin bu qələbəsində əsas pay sahibi "Qarabağ"ın sabiq ulduzu olub.
Görüşün 38 və 67-ci dəqiqələrində rəqib qapısına yol tapan Duran dubl edərək matçın ulduzuna çevrilib.