
"Sabah" dünən UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda "Hapoel Beer-Şeva"ya 1:2 hesabı ilə məğlub olub.
Azərbaycan millisinin və "bayquşlar"ın sabiq çalışdırıcısı Arif Əsədovla əlaqə saxlayıb Azərbaycan çempionunun məğlubiyyəti və cavab oyunu barədə nə düşündüyünü soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Gözlənilən kimi, rəqib güclü rəqib idi. "Sabah" üçün matç heç də asan olmadı. Məğlub olmasına baxmayaraq, ümid var ki, Bakıda rəqibini üstələyib növbəti mərhələyə keçə bilərik. Bunun üçün daha diqqətli olmalıyıq. Komanda artıq rəqibin gücünə bələddir. Görünən odur ki, İsrail təmsilçisi topla oynamağı sevən komandadır. "Hapoel"in sol cinahı daha aktiv idi və ona diqqət yetirmək lazımdır. Kombinasiyalı oyun qurmağa çalışırlar. Böyük qüvvə ilə hücuma gedirlər, lakin zəif tərəfləri də var ki, boşluqlar verirlər. Xüsusilə ortada və topu itirdikdən sonra geri qayıtmaqda çətinlik çəkirlər. "Sabah" bunlardan istifadə etməlidir. Səfərdə belə fürsətlər yarandı, amma istifadə edə bilmədilər. Dediyim kimi, çətin rəqibdir, ancaq üstələmək olar".
Qeyd edək ki, tərəflər arasında cavab matçı Tofiq Bəhramovda Bakı vaxtı ilə saat 20:45-də baş tutacaq.
Əlisahib İbrahimli