
PSJ iki futbolçusu ilə yollarını ayırmaq qərarına gəlib.
Fanat.Az xəbər verir ki, bunu jurnalist Romain Molina "X" sosial şəbəkə hesabı üzərindən yayıb.
Mənbənin məlumatına görə, Fransa nəhəngi qapıçı Lukas Şevalye və müdafiəçi İlya Zabarnı ilə yollarını ayırmaq istəyir. Klub onlarla bağlı potensial təklifləri nəzərdən keçirəcək.
24 yaşlı fransız start heyətindəki yerini Matvey Safonova uduzub və daha çox oyun vaxtı təmin etmək üçün komandadan ayrılmaq istəyir. Qapıçı ötən yay "Lill"dən Paris klubuna keçib və 2030-cu ilə qədər müddətə müqavilə imzalayıb. "Transfermarkt" onun dəyərini 25 milyon avro qiymətləndirir.
Zabarnı isə ötən yay "Bornmut"dan PSJ-yə keçib və 2030-cu ilə qədər müddətə anlaşmaya imza atıb. "Transfermarkt" onun dəyərini 40 milyon avro qiymətləndirir. 23 yaşlı ukraynalı ötən mövsüm bütün yarışlarda 37 oyunda iştirak edib və 1 qol vurub.
Mirağa