
Misli Premyer Liqasının (MPL) 2-ci turu çərçivəsində sabah "İmişli" ilə qarşılaşacaq "Zirə"nin heyəti ilə bağlı son vəziyyət bəlli olub.
Bu barədə Fanat.Az-a "qartallar"ın sözçüsü Elmar Abdullazadə məlumat verib:
"Hazırda nə zədəli futbolçu var, nə də cəzalı. Komanda "İmişli" ilə qarşılaşmaya tam heyətlə hazırlaşır".
Qeyd edək ki, tərəflər arasında oyun avqustun 22-də keçiriləcək. Matçın start fiti saat 20:45-də səsləndiriləcək.
Əlisahib İbrahimli