
Ötən həftə Azərbaycan Premyer Liqasında mübarizə start götürdü. Bu mövsümü azarkeşlər üçün daha da maraqlı edən məqam onların özlərinin də oyunun iştirakçısı olmalarıdır. "APL Fantasy" platforması sayəsində hər kəs virtual şəkildə özünün komandasını qura, çempionatın iştirakçısı və mövsümün qalibi ola, AFFA-nın ayırdığı müxtəlif hədiyyələri qazana bilər.
Bu layihəyə qoşularaq özünün virtual "Fanat.Az Liqası"nı yaradan Fanat.Az saytı isə iştirakçılara hər tur qalib olmaq və pul qazanmaq imkanı yaradır. Yəni ilk turda virtual oyunda iştirak edə bilməyən və bu üzdən mövsümün qalibi olmaq yolunda şansını azaldan varsa da, üzülməyə dəyməz. "Fanat.Az Liqası"nın üstünlüyü ondadır ki, yarışa sonradan qoşulan iştirakçılar digər liqalarda mövsümün qalibi olmaq şanslarını çətinə saldıqları halda, bizimlə hər turda qazanc əldə edə biləcəklər. Hər həftə qalib olacaq iştirakçı bizdən 50 manat mükafat qazanacaq. Necə ki, bunu Azərbaycan Premyer Liqasının oyunları üçün özünün komandasını ("Ayeddin PFK") formalaşdıran Ayəddin Abdullayev açılış turunda hamıdan çox - 76 fantazi xalı toplamaqla bacardı. Saatlı rayonu Qaracalar kənd sakini olan qalibimiz qeyd olunan məbləği dərhal əldə etdi.
Həftəsonu Azərbaycan Premyer Liqasında 2-ci turun oyunları keçiriləcək. Virtual futbol həvəskarı olan, ancaq hələ də yarışdan uzaq qalanları "APL Fantasy"-də "Fanat.Az Liqası"na qoşulmağa səsləyirik. Azərbaycan futbolunu yaxşı tanıdığını düşünən hər kəs öz komandasını yarada və biliyini nəticəyə çevirə bilər. Bunun üçün yalnız bir şərt var. "Telegram" kanalımıza abunə olmaq mütləqdir.
Dəyərli iştirakçılara hər tur ərəfəsində Premyer Liqa komandalarının itkiləri - zədəli və cəzalıları, yeni transferləri və digər zəruri məlumatları "Telegram" kanalı vasitəsilə çatdıracağıq ki, heyət formalaşdırarkən bu kimi bilgilərdən faydalana, qalib olmaq şanslarını artıra bilsinlər.
