
"Roma" "Fənərbağça"nın müdafiəçisini "radar"ına alıb.
Fanat.Az xəbər verir ki, İtaliya klubu Ceyden Ostervoldeni istəyir.
İnformasiyanı türkiyəli insayder Yağız Sabuncuoğlu yayıb.
Məlumata görə, "Roma" "sarı-lacivərdlilər"ə müdafiəçi üçün məcburi satınalma bəndi də daxil olmaqla, 20 milyon avroluq müqavilə təklif edib.
Ostervoldenin zədə durumunu da yaxından izləyiblər və 3 həftə sonra yaşıl meydanlara geri dönəcəyi gözlənilir.
İtaliya təmsilçisi oyunçu ilə ciddi maraqlanır.
Ceyden ötən mövsüm İstanbul klubunun heyətində 47 matça çıxaraq, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.
Əlisahib İbrahimli