
"Fənərbağça" müdafiəçisi ilə yollarını ayırıb.
Fanat.Az xəbər verir ki, İstanbul klubu Ceyden Ostervoldenin "Roma"ya keçidi barədə razılaşıb.
İnformasiyanı türkiyəli insayder Yağız Sabuncuoğlu yayıb.
Məlumata görə, müdafiəçi İtaliya təmsilçisinə keçməyə razıdır.
Klublar arasında 4 illik və oyunçu istədiyi təqdirdə, 1 il daha komandada çıxış edə bilər.
Ceyden ötən mövsüm İstanbul klubunun heyətində 47 matça çıxaraq, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.
Əlisahib İbrahimli