
Dünən Türkiyə Super Liqasının 2-ci turunda "Alanyaspor" doğma meydanda "Beşiktaş"ı 1:0 hesabı ilə məğlub edib.
Fanat.Az xəbər verir ki, matçdan sonra "qara qartallar"ın baş məşqçisi Vinçenzo İtalyano "beIN SPORTS"a fikirlərini bölüşüb:
"Düşünürəm ki, ilk hissədə yaxşı oynadıq. Hesabı açmaq üçün imkanlar yaratdıq. Hər şeyi düzgün etdik. Sonradan yorğunluq özünü büruzə verdi. Hava isti idi və öz meydanında hər kəsə çətinlik yaradan bir rəqiblə oynadıq. Məğlubiyyətə layiq deyildik. Rəqib qapıçı möcüzəvi qurtarışlar etdi. Qapı qarşısında daha ağıllı və dəqiq olmalıyıq. Biz hazırda inkişaf mərhələsində olan bir komandayıq. Belə proseslər zamanı bu cür hallar baş verə bilər. Böyük komanda səfərdə də evdəki kimi oynamalıdır. İkinci hissədə "Alanyaspor"a qarşı imkanlar yaratdıq. Əslində, əvvəlki matçlardakı kimi oynayırdıq. Problem ondadır ki, qol vura bilmirik. Hücumları tamamlamaqda və hesabı açmaqda çətinlik çəkirik. Əlimizdən gələni etdik. Bundan dərs çıxarmalı və diqqətimizi cümə axşamı keçiriləcək qarşılaşmaya yönəltməliyik".
Əlisahib İbrahimli