
"Fənərbağça"nın baş məşqçisi İsmayıl Kartal "Konyaspor" üzərindəki 4:2 hesablı qələbədən sonra müdafiə xəttini gücləndirə biləcəklərini açıqlamışdı.
Fanat.Az xəbər verir ki, İstanbul klubu keçmiş oyunçusu Yusif Akçiçəklə transfer olunması barədə anlaşıb.
İnformasiyanı "Sabah" yayıb.
Bildirilir ki, hazırkı klubu "Əl-Hilal"la da razılıq əldə olunacağı təqdirdə, "Fənərbağça" 20 yaşlı mərkəz müdafiəçisini heyətinə qatacaq.
Eyni zamanda vurğulanır ki, Yusif Akçiçəklə bağlı hər hansı problem yaranarsa,"Fənərbağça" "Konyaspor"un oyunçusu Adil Dəmirbağı ehtiyat variant kimi nəzərdə saxlayır.
Əlisahib İbrahimli