
UEFA Konferans Liqasının pley-off mərhələsinin cavab oyunu öncəsi Niderland mətbuatı "Qarabağ"ın daxili çempionatdakı matçının təxirə salınmasına qısqanclıq və etirazla yanaşıb.
Fanat.Az xəbər verir ki, Peşəkar Futbol Liqasının "Qarabağ" - "Kəpəz" oyununu təxirə salması niderlandlıların narazılığına səbəb olub. Niderland mediası PFL-in bu qərarını Ağdam təmsilçisinə açıq "üstünlük və kömək" kimi dəyərləndirib.
"Səfərdəki 0:1 hesablı məğlubiyyətdən sonra "Tvente" Bakıda möcüzə göstərməlidir. Lakin görünür, rəqibimiz təkcə meydanda yox, kənarda da üstünlük qazanır. Azərbaycan Futbol Federasiyası "Qarabağ"ın "Kəpəz"lə matçını təxirə salaraq onlara tam istirahət və cavab oyununa maksimum hazırlaşmaq imkanı yaratdı. "Tvente" ağır qrafiklə mübarizə apardığı halda, "Qarabağ'" bu kritik qarşılaşmaya tam rahat çıxacaq."
İki komanda arasında mərhələnin həlledici cavab oyunu avqustun 27-də Tofiq Bəhrəmov adına Respublika Stadionunda baş tutacaq.
Kamil Xudiyev