
UEFA Çempionlar Liqasında Liqa mərhələsinin iştirakçıları müəyyənləşir.
Fanat.Az xəbər verir ki, bu gün pley-off mərhələsinin 3 cavab görüşü keçiriləcək.
Liqa mərhələsinə vəsiqə qazanacaq ilk iştirakçının adına Bakıda aydınlıq gələcək. Azərbaycan çempionu "Sabah" doğma meydanda İsrailin "Hapoel Beer-Şeva" komandasını sınağa çəkəcək. "Bayquşlar" ilk matçda 1:2 hesabı ilə məğlub olublar.
Digər oyunlara gəlincə, "Budyo-Qlimt" səfərdə üstələdiyi "NEC Niymegen"i qəbul edəcək. Sabiq "Qarabağ"lı Kamilo Duranın heyətində olduğu "Seltik" isə LASK-ın qonağı olacaq. Şotlandiyalılar evdə darmadağın reallaşdırıb ki, Duran dubl müəllifi olub.
Qeyd edək ki, pley-off mərhələsinin daha 4 oyunu sabah keçiriləcək.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunları
25 avqust
20:45. Sabah (Azərbaycan) – Hapoel Beer-Şeva (İsrail) (ilk oyun - 1:2)
23:00. Budyo-Qlimt (Norveç) – NEC Niymegen (Niderland) (ilk oyun - 3:1)
23:00. LASK (Avstriya) – Seltik (Şotlandiya) (ilk oyun - 0:3)