
"Fənərbağça"da Dieqo Karlos dövrü başa çatmaq üzrədir.
Fanat.Az xəbər verir ki, informasiyanı jurnalist Di Marzio yayıb.
Məlumata görə, həm meydandakı çıxışı, həm də sosial şəbəkələrdəki bəzi paylaşımları ilə azarkeşlərin qəzəbinə səbəb olan braziliyalı mərkəz müdafiəçisi ilə bağlı narazılıq var idi.
Oyunçunun transferi barədə "Komo" klubu ilə prinsipial razılıq əldə olunub. Transferin tamamlanması Alberto Dossenanın İtaliya klubundan ayrılmasından asılıdır.
İtaliya təmsilçisi ötən mövsüm icarə əsasında heyətində çıxış edən Dieqo Karlosun transferi ilə bağlı "Fənərbağça" ilə prinsipial razılığa gəlib. İtaliya klubu bu dəfə 32 yaşlı müdafiəçini daimi əsaslarla heyətinə qatmağı planlaşdırır.
Əlisahib İbrahimli