
"Aston Villa" "Milan"ın vingeri Rafael Leaunun transferi üçün danışıqlara başlayıb.
Fanat.Az xəbər verir ki, tərəflər maliyyə şərtlərini müzakirə edir.
İnformasiyanı jurnalist Canluka Di Marzio yayıb.
27 yaşlı portuqaliyalı cinah hücumçusunun özü isə İtaliya klubunda qalmaq istəyir.
Leau 2019-cu ildən "Milan"da çıxış edir. O, 293 matça çıxaraq, 80 qol vurub və 55 məhsuldar ötürməyə imza atıb.
Onun klubla müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, "Qalatasaray" və "Fənərbağça"da oyunçu ilə maraqlanan komandalar siyahısındadır.
Əlisahib İbrahimli