
Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçı çərçivəsində keçirilən "Sabah" - "Hapoel" (5:2) matçından sonra rəqib komandanın baş məşqçisi Ran Kojukun mətbuat konfransı keçirilib.
Fanat.Az xəbər verir ki, təcrübəli mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:
- Futbolçularınızın çıxışını, eləcə də komandanın fiziki və taktik hazırlığını necə dəyərləndirirsiniz?
"Bilirik ki, asan oyun deyildi. Hər matçda müəyyən çətinliklər olur. Biz bu qarşılaşmaya çox ciddi və güclü hazırlaşmışdıq. Buna baxmayaraq, öyrənməyə və inkişaf etməyə davam edəcəyik. Məşqlərimizə daha ciddi şəkildə yönələcəyik."
- Komandanızın oyunundakı çatışmazlıqlar barədə ne düşünürsünüz?
"Mən xüsusi bir çatışmazlığın olduğunu düşünmürəm. Sadəcə, bu gün bəxtimiz gətirmədi."
- Bu ağır məğlubiyyətdən sonra komandanın gələcək planları və motivasiyası necə olacaq?
"Bu matçdan sonra motivasiyamızı heç bir halda itirməyəcəyik. Önümüzdəki qarşılaşmalara maksimum dərəcədə hazırlaşacağıq və daha yaxşı nəticələr qazanmaq üçün çalışacağıq. Nəzərə almaq lazımdır ki, Çempionlar Liqasında bu mərhələyə qədər gəlib çıxmağımız da böyük bir uğurdur."
Kamil Xudiyev