
Bu gün UEFA Çempionlar Liqasında Liqa mərhələsinin püşkatma mərasimi keçiriləcək.
Fanat.Az xəbər verir ki, Monakoda baş tutacaq tədbirdə Azərbaycanı qitənin ən nüfuzlu klub turnirində təmsil edərək tarix yazan "Sabah"ın da rəqibləri müəyyənləşəcək.
Bakı vaxtı ilə isə saat 20:00-da başlayacaq püşkatmada yarışa birbaşa vəsiqə qazanan 29 komanda və pley-off mərhələsinin 7 qalibi iştirak edəcək. Başqa sözlə, 36 komanda rəqiblərini tanıyacaq ki, “Sabah” da daxil olmaqla, hər komandanın 8 fərqli rəqibi olacaq. Azərbaycan çempionu rəqiblərindən 4-ü elə evdə, 4-ü ilə səfərdə keçirəcək. İlk tur 8-10 sentyabrda olacaq.
Qeyd edək ki, püşkatma zamanı komandalar reytinqinə görə 4 səbətə bölünəcək (hər birində 9 komanda). Reytinqi az olan "Sabah" sonuncu - 4-cü səbətdə yer alacaq. Onun rəqibləri isə hər səbətdən 2 komanda (ümumilikdə 8 fərqli komanda) olacaq. Klublar səbətdəki rəqiblərdən biri ilə evdə, digəri ilə səfərdə qarşılaşacaq.
Artıq səbətlərin tam tərkibi də bəllidir:
1-ci səbət
“Bayern Münhen” (Almaniya)
“Real” Madrid (İspaniya)
PSJ (Fransa)
“Liverpul” (İngiltərə)
“İnter” (İtaliya)
“Mançester Siti” (İngiltərə)
“Arsenal” (İngiltərə)
“Barselona” (İspaniya)
“Atletiko” Madrid (İspaniya)
2-ci səbət
“Borussiya Dortmund" (Almaniya)
“Roma” (İtaliya)
“Sportinq” (Portuqaliya)
“Aston Villa” (İngiltərə)
“Portu” (Portuqaliya)
“Mançester Yunayted” (İngiltərə)
“Brügge” (Belçika)
“Betis” (İspaniya)
PSV (Niderland)
3-cü səbət
“Feyenoord” (Niderland)
“Lill” (Fransa)
"Fənərbaxça" (Türkiyə)
“Budyo-Qlimt” (Norveç)
“Napoli” (İtaliya)
“Leypsiq” (Almaniya)
“Vilyarreal” (İspaniya)
“Şaxtyor Donetsk” (Ukrayna)
“Qalatasaray” (Türkiyə)
4-cü səbət
“Slaviya” (Çexiya)
“Ştutqart” (Almaniya)
AEK (Yunanıstan)
"Slovan" (Slovakiya)
LASK (Avstriya)
“Komo” (İtaliya)
“Lans” (Fransa)
"Vikinq" (Norveç)
“Sabah” (Azərbaycan)