
“Mançester Siti”nin yarımmüdafiəçisi Niko Qonzales karyerasını “Nyukasl”da davam etdirəcək.
Fanat.Az xəbər verir ki, “sağsağanlar” 24 yaşlı futbolçunun transferini rəsmın elan edib.
İngiltərə klubu Qonzaleslə uzunmüddətli müqavilə imzalayıb.
İspaniyalı futbolçunun transferi üçün “Nyukasl” 47 milyon funt-sterlinq ödəyib. Razılaşmaya əsasən, daha 3 milyon funt-sterlinq bonuslar vasitəsilə ödənilə bilər.
Xatırladaq ki, Qonzales son iki mövsümdə “Mançester Siti”nin formasını geyinib. O, Premyer Liqada 36 qarşılaşmada meydana çıxaraq 2 qola imza atıb.
Əlisahib İbrahimli