
UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab qarşılaşmasında "Tvente"yə 1:4 hesabı ilə uduzaraq avrokuboklarla vidalaşan "Qarabağ"ın müdafiəçisi Bəhlul Mustafazadə matçdan dərhal sonra əməkdaşımıza özəl müsahibə verib.
Fanat.Az xəbər verir ki, təcrübəli stoper böyük təəssüf hissi keçirdiklərini bildirib:
- Oyunla bağlı nə düşünürsən?
"Məğlub olduq, Konfrans Liqası ilə vidalaşdıq. Çox məyusuq. Deməyə bir şey yoxdur, çox çalışmaq lazımdır ki, gələn il eyni şeylər təkrarlanmasın".
- Zədənlə bağlı nə deyə bilərsən? Hazırda durumun necədir?
"Demək olar ki, tam bitib. Bəzən ağrılar olur, amma ümumiyyətlə hər şey yaxşıdır".
Kamil Xudiyev