
Dünən UEFA Çempionlar Liqasının püşkatmasında "Qalatasaray" 1-ci səbətdən PSJ və "Barselona" ilə eyni qrupa düşüb.
Fanat.Az xəbər verir ki, Paris klubu ilə rəqib olmalarının ardından, İstanbul nəhənginin baş məşqçisi Okan Burukun iyul ayında "Tivibu Spor"a verdiyi açıqlama yenidən gündəmə gəlib.
Veriliş zamanı Buruk "Ötən mövsümü nəzərə alsaq, Çempionlar Liqasında qarşılaşmaq istəmədiyiniz hər hansı komanda varmı?" sualını belə cavablandırmışdı: "PSJ. Çempion komandanın adını çəkə bilərik, amma adını çəksəm, mütləq püşkdə qarşımıza çıxacaqlar". Daha sonra "Qalatasaray"ın rəqibinin məhz PSJ olması sosial mediada geniş müzakirələrə səbəb olub.
Əlisahib İbrahimli