
I Liqada çıxış edən "Xankəndi" heyətini gücləndirib.
Fanat.Az xəbər verir ki, komanda yarımmüdafiəçi Kənan Baxışovla anlaşıb.
İnformasiyanı klubun mətbuat xidməti yayıb.
Razılaşmaya əsasən, 21 yaşlı oyunçu ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Kənan Baxışov son olaraq "Qarabağ"ın əvəzedici komandasında çıxış edib.